Nərimanov polisi vətəndaşlara külli miqdarda dələduzluq edən şəxs barədə ARAŞDIRMA BAŞLATDI

Baxılıb:309
Nərimanov polisi vətəndaşlara külli miqdarda dələduzluq edən şəxs barədə ARAŞDIRMA BAŞLATDI

Rəfiyev Vüqar Kərim oğlu ,Babayev Yusif Babaş oğlu ,Rüstəmov Eldəniz Nazim oğlu və Rüstəmov Elşən Nazim oğlu AzTimes.az saytına müraciət edərək bildirirlər ki,  Binəqədi rayonu, Zəngəzur küçəsində yaşayan Fərid adlı
şəxs onlara “maşın satacaq” adı ilə müxtəlif vaxtlarda toplam yüz min AZN  məbləğə yaxın dələduzluq etmişdir. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edən vətəndaşların şikayəti Nərimanov RPİ tərəfindən dərhal nəzarətə götürülüb.
“Cənab nazir! Biz bir qrup zərərçəkmiş müraciətdən dərhal sonra Nərimanov RPİ-nin rəisi  polis  polkovniki Arzu Heydərov tərəfindən qəbul edildik. Cənab rəis problemimizi təmkinlə dinləyərək məsələnin həllini tapması uğrunda müvafiq və təxirəsalınmaz tapşırıqlar verdi. Hal-hazırda problemimizin həlli istiqamətində irəliləyiş gözlə görüləndir. Buna görə sizə və sizin simanizda probleminizin həllində əmək sərf edən Nərimanov RPİ-nin rəhbərliyi və əməkdaşlarına dərin təşəkkürümüzü bildiririk. Yaşasın daim asayişimizin keşiyində dayanan Azərbaycan polisi!”


Abunəlik