“Azərbaycanlının iranlı dostu onu o qədər “verbovat” edir ki, o eyforiyada olur”

Baxılıb:309
“Azərbaycanlının iranlı dostu onu o qədər “verbovat” edir ki, o eyforiyada olur”

“İslam” Respublikasına məsələn, həqiqətən məhz ziyarətə gedən bəzi insanları ziyarətgahlarda bəzi iranlılar adətən zəvvar kimi çox gözəl qarşılayır və onlara böyük hörmət göstərirdilər.

Bu an hətta təmiz Azərbaycanlı zəvvar da bu yüksək qonaqpərvərliyi görüb “eyforiyaya” düşür, sevinir. Düşür ki, bura necə gözəl məkan, insanlar isə necə də gözəl müsəlmanmışlar.
Əlbəttə, həmən bəzi “qonaqpərvərlərlə” artıq yaxın dost olur və bütün olan olmayan sirlər ortaya qoyulur.

“Zəvvar” geri Azərbaycana qayıdır. Azərbaycandan İrandakı “dostu” ilə tez-tez dərdləşir. “Dostu” artıq etibar qazandığını bilib, Azərbaycanlını yenidən İrana, hətta öz hesabına dəvət edir. Böyük hörmət və izzət göstərib adını da “Biz müsəlmanlar qardaşıq” qoyur. Azərbaycanlı geri Azərbaycana döndükdə isə ona, Alın bu “3 kq” da Azərbaycana aparın. Sizi qarşılayıb götürəcəklər. Bundan gələn gəlir isə Azərbaycanda ehtiyacı olan “müsəlmanlara” xırclənəcək.

Azərbaycanlının iranlı dostu onu o qədər “verbovat” edir ki, o eyforiyada olur. Artıq onun iradəsi öz əlində olmur və təsir altına düşür. Hələ də elə bilir ki, gözəl islam əxlaqlı müsəlmanla dost olub.
Bəziləri bilir, bəziləri bilmir, bəziləri yox deyə bilir, bəziləri deyə bilmir və 10 dan 1 idə olsa da bu “3 kq”ı keçirməyə razı olur. Və ya həmən “3 kq” nın yiyəsi özü onları gizlin yolla keçirir.
80% hallarda əlbəttə həmən narkokuryerlər həbs edilir. Qalan 20% isə daha yeni Azərbaycanlı kuryerləri cəlb etməyə başlayır. Onları da inandırır ki, biz bunu İslama dəstək üçün edirik.

Bunu ya fanatlar ya radikallar ya ümumiyyətlə islamdan anlayışı olmayanlar və ya ümumiyyətlə savadı olmayanlar edir.
Az keçmir ki, ayılır. Amma artıq girdiyi quyudan geri yol olmadığına tam əmin olur. Təslim olmağa da qorxur…

Ardı var

Narkoekspert Emil Maqalov /AzTimes.az/


Abunəlik