Millət vəkili olimpiada qalibi qızları təbrik etdi
AzTimes.az xəbər verir ki, millət vəkili Hicran Hüseynova Avropa Qızlar Riyaziyyat Olimpiadasında vətənimizi təmsil edərək Azərbaycana qalibiyyətlə dönən məktəbliləri təbrik etdi.
13-19 aprel tarixlərində Sloveniyanın Portoroz şəhərində 12-ci Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) təşkil edilib. 57 ölkədən 213 məktəblinin iştirak etdiyi olimpiadada ölkəmiz 4 məktəbli ilə təmsil olunub.
Məktəblilərimiz olimpiadada uğurla çıxış edərək 1 qızıl, 1 bürünc medal və 2 “Həvəsləndirici Mükafat” qazanıblar.
Parlaq qələbə münasibətilə şagirdlərimizi təbrik edir, daima naliyyətlər arzulayıram. Əməyinizə və iradənizə görə Azərbaycan xalqı sizinlə qürur duyur!
Azərbaycana Qələbələr yaraşır!
Təbriklər!