İDDİA!28 saylı məktəbdə şagirdə zorakılıq: Direktor danışdı-VİDEO
Son günlər sosial şəbəkələrdə məktəbin səkkizinci sinf şagirdinin döyülərək ağır təhqirlərə məruz qalmasını özündə əks etdirən səs yazısının yayılması ictimaiyyətdə birmənalı qarşılanmayıb. İddialara görə hadisə Bakı şəhəri 28 saylı tam orta məktəbdə baş verib. Sayt tərəfindən adı açıqlanmayan müəllim şagirdi ağır sözlərlə təhqir edərək döyür. Məsələ ilə bağlı 28 saylı tam orta məktəblə əlaqə saxladıq. Məktəbin direktoru Zemine Əmircanova AzTimes.az-a açıqlamasında bildirib ki, sözügedən hadisənin məktəblə heç bir əlaqəsi yoxdur. Səs yazısı ictimailəşən kimi məsələ ilə bağlı dərhal təhsil şöbəsinə məlumat verilib,məlum olub ki, həqiqətən də belə bir hadisə 28 saylı məktəbdə baş verməyib.” Media mənsubları peşələrindən daha öncə vətəndaşdırlar. Onlar belə məsələlərdə çox həssas olmalıdırlar. Anlamalıdirlar ki, verilən hər hansısa səhv məlumat onlarla şagirdin təhsil aldığı təhsil aldığı məktəbin nüfuzuna xələl gətirir deyə o bildirib.
Sözügedən görüntünü sizə təqdim edirik: