Döyüldüyü iddia olunan şəxslə bağlı DİN-dən AÇIQLAMA
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov AzTimes.az-a bildirib:
“Sorğunuza cavab olaraq bildirirəm ki, həmin hadisə ilə bağlı Şahin Qafarov Quba Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib. Hadisə ilə bağlı müvafiq tibbi ekspertiza təyin olunub. Quba RPŞ-də və Rayon Prokurorluğunda müvafiq araşdırmalar aparılaraq məsələyə hüquqi qiymət verilib.
Təbriz Qürbətov isə DİN-in “102 Xidməti Zəng Mərkəzi”nə zəng edərək meşə idarəsində fəhlə kimi çalışdığı müddətdə əməkhaqqını ala bilməməsini, eləcə də xəsarət almasına görə ona maddi köməklik göstərilməməsini bildirib. Məsələ ilə bağlı Quba RPŞ-də və Rayon Prokurorluğunda müvafiq araşdırmalar aparılaraq məsələyə hüquqi qiymət verilib.
Həmçinin Ramin Zeynalov Quba RPŞ-yə ərizə ilə müraciət edərək Meşə Təsərrüfatı Mərkəzinin Vəl-vələ meşəbəyliyin 2 saylı dolayında odun maşınından yıxılaraq xəsarət almasını bildirib. Həmin faktla bağlı RPŞ-nin təhqiqat bölməsində müvafiq araşdırmalar aparılıb və baxılması üçün Rayon Prokurorluğuna göndərilib.”