Nəsimi polisindən qüsursuz ƏMƏLİYYAT – Dələduzluq edən şəxs hava limanında SAXLANILDI

Baxılıb:434
Nəsimi polisindən qüsursuz ƏMƏLİYYAT – Dələduzluq edən şəxs hava limanında SAXLANILDI


İkinci Qarabağ müharibəsi iştirakçısı Verdiyev Elmir Məhəmməd oğlu AzTimes.az saytına müraciət edərək bildirib ki, Pərviz Telman oğlu İsmayılzadə onun 49000 ABŞ dolları pulunu ələ keçirib, pulu geri tələb etdikdə müxtəlif bəhanələrlə məbləği geri qaytarmaqdan boyun qaçırıb. Əlaçı hər yerdən kəsilən müharibə iştirakçısı Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinə müraciət edib.”Nəsimi RPİ-nin rəhbərliyi tərəfindən müraciətim dərhal nəzarətə götürüldü. Sözügedən Pərviz İsmayılzadə polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Heydər Əliyev adına hava limanında Türkiyədən ölkəyə qayıdarkən saxlanıldı. Mənə dəymiş ziyanın ödənilməsi məqsədilə dələduž istintaqa təhvil verildi. Buna görə mən, Azərbaycan Respublikası Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazov başda olmaqla Nəsimi RPİ-nin rəhbərliyinə və əməyi keçən bütün əməkdaşlarına dərin təşəkkürümü bildirirəm.


Abunəlik