Göyçayda qadın bıçaqlandı
Göyçayda 1959-cu il təvəllüdlü Elbrus Əliyev 21 yaşlı Cəlalə İsmayılovanın üz nahiyəsinə bıçaqla xəsarət yetirib. Hadisə şəhər ərazisində yerləşən parkların birində baş verib. Belə ki, onların arasında yaranan mübahisə zamanı C.İsmayılova E.Əliyevin ünvanına nalayiq ifadələr işlədib və sonuncu bundan əsəbləşərək qadına üzərində daşıdığı bıçaqla xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan AzTimes.az-a sorğusuna cavab olaraq bildirilib ki, dünən Göyçay şəhər sakini Cəlalə İsmayılovanın bıçaq xəsarətləri alması barədə rayon polis şöbəsinə məlumat daxil olub. Keçirilən tədbir zamanı ona rayon sakini Elbrus Əliyev tərəfindən bıçaqla xəsarət yetirildiyi müəyyən edilib. Hər iki şəxsin izahatları alınıb və müvafiq ekspertiza təyin olunub. Faktla bağlı araşdırma aparılır.