İranın Ermənistana hərbiçini səfir təyin etməsi Azərbaycana mesajdır?- TƏKZİB

Baxılıb:215
İranın Ermənistana hərbiçini səfir təyin etməsi Azərbaycana mesajdır?- TƏKZİB

İranın İrəvandakı səfirliyi Tehranın Suriyadakı keçmiş səfiri Mehdi Subhanini Ermənistana yeni səfir təyin etməsinin Bakıya mesaj olduğu barədə xəbərləri təkzib edib.

Səfirlik bildirib ki, onun hərbi keçmişi ilə bağlı xəbərlər əsassızdır və o, sadəcə İraq müharibəsi veteranıdır.

Qeyd edək ki, 56 yaşlı Subhani beynəlxalq münasibətlər üzrə təhsil alıb. Bu sahədə doktorluq dərəcəsinə malikdir. O ingilis, ərəb, azərbaycan və rus dillərində bilir. O İran xarici işlər nazirliyində idarə rəisinin müavini vəzifəsində çalışıb. Subhani bundan əvvəl İranın Pakistanda, Ukraynada, Türkmənistanda və Suriyadakı diplomatik nümayəndəliklərində çalışıb.

Subhaninin tərcumeyi halında ən çox diqqet çəkən meqam isə odur ki, o 1996-2020 ci illərdə İranın Azərbaycandakı səfirliyində əvvəlcə üçüncü daha sonra isə ikinci katib vəzifələrində çalışıb.

AzTimes.az


Abunəlik