Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgi layihəsinin açılışı oldu
AzTimes.az xəbər verir ki, martın 29-da Bakıda “Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgi layihəsinin açılış mərasimində Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran xanım Hüseynova Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri və digər rəsmi şəxslərlə birlikdə iştirak edib.
Qeyd edək ki, tədbirdə açılış nitqi ilə çıxış edən Qo Min ölkələrimiz arasında mədəni əlaqələrin yüksək səviyyədə olduğunu bildirib:
“Bu gün belə bir tədbirin baş tutması Azərbaycan və Çin xalqları arasında dərin tarixə malik olduğunu nümayiş etdirir. Azərbaycan və Çin arasında möhkəm dostluq əlaqələrinin olması, xalqlarımız arasında münasibətlərin inkişafı üçün hər iki ölkə rəhbərliyi qətiyyətli addımlar atır. Çin və Azərbaycan arasında möhkəm dostluğun daimi yaşadılması üçün şübhəsiz ki, mədəni sahədə əlaqələrin inkişaf etdirilməsi və bu tip tədbirlərin keçirilməsi olduqca mühüm əhəmiyyət kəsb edir”.
Hicran Hüseynova: “Bu gün biz inanırıq ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı istiqamətində birgə təşəbbüslərimiz davamlı olacaq”.