Göyçay polisi məktəblilərlə görüşdü

Baxılıb:365
Göyçay polisi məktəblilərlə görüşdü

AzTimes.az xəbər verir ki,Göyçay Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 2 saylı tam orta məktəbdə narkotik vasitələrin və psixotrop maddələrin zərərləri ilə bağlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə çıxış edən rayon polis şöbəsinin rəisi, polis polkovniki Müqalib Abdıyev narkomaniyanın insanlara vurduğu zərərlərdən, cəmiyyətdə törətdiyi sosial bəlalardan danışıb, rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirləri barədə məlumat verib. O, qeyd edib ki, bu istiqamətdə keçirilən tədbirlərdə əsas məqsəd yeniyetmə və gənclərin “ağ ölüm”ün fəsadları barədə məlumatlandırılması, eləcə də sağlam həyat tərzinin qorunmasıdır.
Daha sonra çıxış edənlər də şagirdlərə narkotik vasitələrin fəsadları ilə bağlı ətraflı məlumat verib və mözvu ilə əlaqəli onları maraqlandıran sualları cavablandırıblar.


Abunəlik