Tamam Cəfərova vətəndaş qəbulu keçirdi

Baxılıb:158
Tamam Cəfərova vətəndaş qəbulu keçirdi

AzTimes.az xəbər verir ki, mart ayının 28-də millət vəkili Tamam Cəfərovanın Şamaxı rayonu Mədəniyyət mərkəzində seçicilərlə növbəti görüşü keçirilib. .
Vətəndaşların müraciətləri əsasən məşğulluq, içməli su problemi, zəlzədən ziyan çəkmiş evlərin təmiri və digər fərdi məsələləri əhatə edib. Vətəndaşların hər birinin arzu və istəkləri, qaldırmış olduqları problemlər millət vəkili tərəfindən diqqətlə dinlənilib,qanunvericilik çərçivəsində öz həllini tapması məqsədilə müvafiq qurumlar qarşısında məsələ qaldırılacağı bildirilib.


Qəbulda Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının müavini Mehriban Eyyubova, Dövlət Sosial Müdafiə Fondunun Dağlıq Şirvan Regional Filialının nümayəndəsi Rauf Qədirov, Dağlıq Şirvan Regional Məşğulluq Mərkəzinin nümayəndəsi Elvin Rüstəmov, Şamaxı rayonu Ağsaqqallar Şurasının sədr müavini Fatmaxanım Quliyeva da iştirak edib.


Abunəlik