“Ali Baş Komandan Vətən müharibəsini tarixi Qələbə ilə başa vuraraq , 30 il işğal altında olan ərazilərimizi işğaldan azad etdi”

Baxılıb:131
“Ali Baş Komandan Vətən müharibəsini tarixi Qələbə ilə başa vuraraq , 30 il işğal altında olan ərazilərimizi işğaldan azad etdi”

Rəşadətli Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsini tarixi Qələbə ilə başa vuraraq , 30 il işğal altında olan ərazilərimizi işğaldan azad etdi və artıq üçüncü ildir ki, Novruz bayramı bu torpaqlarda təntənəli şəkildə qeyd olunur. Bu il Novruz. tonqalı müzəffər liderimiz tərəfindən Tərtər rayonunun Talış kəndində yandırıldı.
Bu əvəzolunmaz qüruru və xoşbəxtliyi bizə bəxş edən qəhrəman şəhidlərimizi xatirəsini həmişə hörmət və şükranlıqla yad edirik.
AzTimes.az xəbər verir ki, bu fikirləri saytımıza açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat bildirib ki, Vətən müharibəsində əldə olunmuş tarixi qələbədən sonra işğaldan azad olunan bütün ərazilərdə ardıcıl olaraq bərpa quruculuq işləri həyata keçirilir. Böyük Qələbəmizdən sonra bütün bölgələrimizdə olduğu kimi, Talış kəndində də Prezident İlham Əliyevin tapşırıqları əsasında tikinti-bərpa işləri aparılır, yeni evlər inşa olunub, zəruri infrastruktur yaradılır. Prezident İlham Əliyev Azərbaycan xalqına bayram müraciətində qeyd etdiyi kimi, Talış kəndinin yenidən qurulmasına başlanmasından hələ bir il keçməyib, artıq Talış kəndinə 20 ailə qayıdıbdır və 180-ə yaxın ailə qayıdacaqdır. Bu gündən bir il keçmədən Talış kəndində 180-ə yaxın ailə yaşayacaq. Bu ailələr üçün bütün imkanlar yaradılıb. İndi hər kəs görə bilər nə gözəl evlər, məktəb, uşaq bağçası, ictimai binalar tikilib, məşğulluq üçün şərait yaradılıb.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində olduqca mühüm məsələləri vurğulayıb. Cənab Prezidentin mühüm mesajlarından biri o idi ki, Ermənistan 29 min kvadratkilometr ərazidə rahat yaşamaq istəyirsə, Azərbaycanın şərtlərini qəbul etməlidir. Rəsmi olaraq Qarabağı Azərbaycan ərazisi kimi tanımalı və Azərbaycanla sülh müqaviləsi imzlamalı, bizim şərtlərə əsasən, delimitasiya işlərini aparmalıdır. Ermənistandakı revanşistlər üçün ən məqsədəuyğun olanı öz məkrli mövqelərindən əl çəkib, regionda yaranmış yeni reallığı qəbul etməkdir. Əks halda Azərbaycanın dəmir yumruğu revanşistlərin layiqli cavabını verməyə hər zaman qadirdir. Bu baxımdan cənab Prezident xalqa müraciətində qeyd edib:“Əgər Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun nəticəsi nə olacaq, bunu Ermənistan və onun arxasında duran riyakar ölkələr yaxşı bilməlidirlər. Yaxşı bilməlidirlər ki, bizə qarşı heç bir çirkin plan həyata keçməyəcək. Bizim həm gücümüz var, həm dostlarımız var, dünyada güclü mövqelərimiz var və güclü iradəmiz var.” Bu nöqeyi-nəzərdən deməliyik ki, bu gün Azərbaycan xalqı haqlı olaraq qürur hissi ilə yaşayır. Dünyanın hansı ölkəsində olmasından asılı olmayaraq, dünya azərbaycanlıları fəxr və qürur hissi ilə yaşayırlar. Ona görə ki, Azərbaycan xalqı, dünya azərbayanlıları hər kəsə, bütün dünyaya nə qədər böyük xalq olduğunu, ərazi bütövlüyünü öz gücünə bərpa etdiyini sübut etmişdir. Əminliklə deyə bilərik ki, ərazi bütövlüyünü öz gücünə bərpa edən ölkə kimi Azərbaycan bundan sonra da daha böyük hədəflərə və uğurlara doğru inamla ancaq və ancaq irəli gedəcək. Millət vəkili Tamam Cəfərova belə deyib.


Abunəlik