Qadınların sevdiyi kişilər bu BÜRCLƏRDƏNDİR

Baxılıb:212
Qadınların sevdiyi kişilər bu BÜRCLƏRDƏNDİR

Qadınların necə tip kişiləri, eləcə də kişilərin necə tip qadınları sevdiyi hər zaman maraq mövzusu olub. Bu gün qadınların necə kişiləri sevdiyindən bəhs edəcəyik. Bu məsələdə köməyimizə astrologiya gəlir. Astrologiyaya görə qadınlarda müsbət reputasiyaya malik olan kişilər əsasən 5 bürc altında doğulurlar.

Milli.Az qadınların ən çox aşiq olduğu, vurulduğu kişilərin bürclərini təqdim edir:

ŞİR

Eqosu və həll yönümlü yanaşması Şir bürcü kişilərini qadınlar üçün cəzbedici edir. Həmişə öz qərarlarına sadiq olmaları və başqaları tərəfindən manipulyasiya edilə bilməmələri qadınları bu bürcün kişilərinə aşiq edir. Sabit xarakterləri də qadınlar məsələsində çox zaman Şirlərin köməyinə çatır.

TƏRƏZİ

Qadınlar şeirə və sənətə önəm verən, incə zövqləri olan, eşqə aşiq Tərəzi bürcü kişilərinə məftun olurlar. Tərəzi kişiləri hər mövzuda tolerant davranmağı bacardığı üçün əks cinsi cəzb edirlər. Çünki Tərəzi kişiləri qadına sadəcə əks cins kimi yox, həm də gözəllik məhfumunun təcəssümü kimi baxırlar.

OXATAN

Daim coşub-çağlayan, öz qəlibinə sığmayan Oxatan bürcü kişiləri qadınları sirli ada kimi özlərinə çəkirlər. Əyləncəli, ünsiyyətcil və hiperaktiv Oxatan kişiləri bu xüsusiyyətləri ilə də qadınları özlərinə aşiq etməyi bacarırlar. Qadınlar bu kişilərlə bir an belə sıxılmırlar.


Abunəlik