Rəcəb Babaşovun təhqirlərinə dözə bilməyən icra nümayəndəsi İSTEFA VERDİ

Baxılıb:1587
Rəcəb Babaşovun təhqirlərinə dözə bilməyən icra nümayəndəsi İSTEFA VERDİ

Qazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşovla Qazax  RİH başçısının Qazax şəhər  inzibati ərazi dairəsi üzrə nümayənsəsi  arasında qalmaqal yaşanıb. Bu haqda məlumatı adının çəkilməsini istəməyən hadisə şahidləri AzTimes.az saytına bildiriblər. Hadisə şahidlərinin sözlərinə görə davaya səbəb  icra başçısının ölü söyüşü söyməsi olub. Bunu eşidən şəhər icra nümayəndəsi Akif Vəliyev əsəblərinə hakim ola bilməyib və etiraz bildirib. İddiaya görə söz güləşi əlbəyaxa davaya çevrilib. Yaxinlıqdakı şəxslər onları sakitləşdirməyə çalışıblar. Bundan sonra Rəcəb Babaşov Akif Vəliyevə istefa ərizəsi yazdıraraq işdən uzaqlaşdırıb.Hadisənin 17.03.2023-cü il tarixdə baş verdiyi bildirilir. Nümayəndəlik əməkdaşlarının bildirdiyinə görə Akif Vəliyev ərizəsi alınarkən məzuniyyətdə olub. İcra hakimiyyətindən məsələ ilə bağlı fikir öyrənməyə çalışsaq da ,aidiyyati şəxslər suallarımızı cavablanndırmaqdan boyun qaçırdılar.


Abunəlik