“Araz” supermarketlərdə tarixi ötmüş məhsullar satılır
“Araz” supermarketlərdə istehsal tarixi çoxdan ötmüş yoqurtlar sarılır.
AzTimes.az xəbər verir ki, vətəndaş Səvanə Abbaslının marketdən aldığı yoqurt kiflənmiş halda olub. Bu barədə o özü sosial şəbəkədə məlumat paylaşıb.
“ “Araz” supermarketin Masazır şöbəsindən almışdıq bu yoqurtları. Açanda belə bir mənzərə ilə qarşılaşdıq. Kif bağlamış yoqurt”.
/tribuna.az