Hamamda çimən nənəsinin fotolarını yayan azyaşlı həbs edildi
AzTimes.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Özbəkistanda baş verib. Ömər adlı azyaşlı nənəsinin hamamda cimməsindən istifadə edərək 73 yaşlı qadına məxsus telefonu ələ keçirərək onun fotolarını çəkib və qadının öz telefonu ilə də kontaktda olan yaxınlarına yollayıb. Bundan xəbər tutan nənə polisə müraciət edərək nəvəsindən şikayətçi olub.
Özbəkistan polisi tərəfindən saxlanılan nəvə 7 ay on beş gün müddətində azadlıqdan məhrum edilib.