Hər iki tərəfdən itkilər var

Baxılıb:397
Hər iki tərəfdən itkilər var

Xəbər verdiyimiz kimi, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistandan hərbi ləvazimatların, silah-sursatın  və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi barədə operativ məlumatlar daxil olub.

AzTimes.az  xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib.

Qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar var.

Qeyd edək ki, artıq Ermənistan mətbuatı itkilərlə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, insident nəticəsində polkovnik-leytenant Armen Mayoroviç Babayan, mayor – David Valeriyeviç Danielyan və leytenant – Ararat Talmanoviç Qasparyan ölüb./ Tribunainfo.az


Abunəlik