Mingəçevir polisi şagirdlərlə görüşdü

Baxılıb:493
Mingəçevir polisi şagirdlərlə görüşdü

Mingəçevir şəhər 14 saylı tam orta məktəbdə narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş maarifləndirici tədbir keçirilib. Polis əməkdaşları, müəllimlər və IX-XI sinif şagirdlərinin iştirak etdiyi tədbirdə narkotik vasitələrin zərərlərindən, onun aludəçisi olmuş şəxslərin acınacaqlı taleyindən danışılıb.
AzTimes.az xəbər verir ki, Şəhər polis şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev çıxışında narkomanlığın fəsadları, cəmiyyət üçün yaratdığı problemlər barədə ətraflı məlumat verib, ölkəmizdə “ağ ölüm”ə qarşı aparılan qətiyyətli mübarizə tədbirlərindən söz açıb.
Daha sonra çıxış edən Polis Akademiyasının əməkdaşı Rəhim Cabbarov yeniyetmələri gələcək həyatlarında da zərərli vərdişlərdən uzaq olmağa çağırıb, eyni zamanda III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə hazırlaşan, daxili işlər orqanlarında xidmət etmək həvəsində olan abituriyentlərə Polis Akademiyasına kursant qəbulu qaydaları ilə bağlı ətraflı məlumat verib.


Sonda məktəblilərin sualları cavablandırılıb və videoçarx nümayiş olunub.


Abunəlik