Ata ilə analıq körpə qızı döyüb? -İDDİA
Gənc ananın vəfatından sonra ata ikinci dəfə ailə qurub. AzTimes.az-a verilən məlumata görə 2016 cı il təvəllüdlü S.M.(ad şərtidir)Güzdək Kənd Tam Orta Məktəbin I sınıfdə təhsil alir. Dəfələrlə fiziki zorakılığa məruz qalıb, üz-gözü qap-qara məktəbə davam edib. Müəllimlərdən birinin azyaşlının xalası ilə əlaqə saxlayaraq onu məktəbə dəvət etməsi ilə məsələnin üstü açılıb. Gördükləri qarşısında şok keçirən xala Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nin 102 qaynar xəttinə müraciət edib. O, Abşeron polisinə azyaşlının aldığı xəsarətlərlə bağlı ekspertizaya yollanmasını tələb etsə də polis bunu etməyib.
İndi gələk digər məsələyə: İddialara görə bu azyaşlı dəfələrlə üz-gözü qap-qara məktəbə davam edib.Əgər belədirsə, hara baxıb direktor? Hara baxıb sinif rəhbəri ? Nə olardı o uşağın şəklini , pul toplamaq üçün açdığınız qruplara atardınız? Nə olardı aidiyyati qurumları məlumatlandirardınız? Ümidvarıq ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu uşağı nəzarətə götürər.