Millət Vəkili Hicran Hüseynova Milli Məclisdə vətəndaşları qəbul etdi

Baxılıb:227
Millət Vəkili Hicran Hüseynova Milli Məclisdə vətəndaşları qəbul etdi

AzTimes.az xəbər verir ki, fevralın 27-də Milli Məclisin inzibati binasında Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran xanım Hüseynova vətəndaş qəbulu keçirib, onların müraciətlərini dinləyib.
Komitə sədri vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb.
Səsləndirilən müraciətlər əsasən ailə, qadın və uşaq problemləri, səhiyyə, işlə təminat, əmək pensiyaları, sosial məsələlərlə bağlı olub.
Müraciətlərin bir hissəsi yerindəcə həllini tapıb, digər müraciətlər isə nəzarətə götürülərək həll edilməsi üçün aidiyyatı qurumlarla əlaqə yaradılıb.


Abunəlik