“Heç kim mülki aksiyaya qarşı aqressiv münasibət göstərə bilməz”- Millət vəkili

Baxılıb:291


Xankəndi-Laçın yolunda aksiya 75 gündür davam edir. Ekofəallar, ictimaiyyət nümayəndələri və QHT-lər 30 ildən çox müddətdə işğalçı ermənilərin və onlarla əlbir olanların yeraltı-yerüstü sərvətlərimizi daşımasına qarşı dinc aksiya keçirirlər. Və yol humanitar məqsədlər üçün açıqdır. Bunu hamı, hətta Ermənistan və onun havadarları da yaxşı bilirlər. Bu aksiyadan istifadə edərək Ermənistan beynəlxalq təşkilatlara Azərbaycana qarşı təzyiq göstərməyə çağırış edir. Lakin biz hamımız yaxşı bilirik ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək və torpaqlarımızı erməni işğalından azad etmək istəyəndə də təzyiqlə üzləşmişdir. Bizim bu qüvvələrə qarşı immunitetimiz var. Heç kim mülki aksiyaya qarşı aqressiv münasibət göstərə bilməz. Özü də dünyanın təbiəti qorumağa, ekoloji təhlükələrin qarşısını almağa çağırış etdiyi bir vaxtda! Haaqa Məhkəməsi də Ermənistanın “qeyd-şərtsiz Laçın yolu açılmalıdır” tələbini rədd etdi, Azərbaycana isə humanitar dəhlizi təmin etmək öhdəliyi qoydu. Azərbaycan “humanitar məqsədlər üçün yol açıqdır, gəlin, baxın” deyir!
Bu günədək 585 erməni əsilli şəxsin Xankəndi-Laçın yolunda aksiyanın təşkil olunduğu ərazidən humanitar məqsədlə istifadəsinə şərait yaradılmışdır. Onlar həmin ərazidən istifadə zamanı Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) aid avtomobillərdən yararlanıblar. Hazırkı vaxtadək ərazidən ümumi olaraq 3 000-dək avtomobilin keçidi təmin olunmuşdur. Bu bir daha onu sübut edir ki, aksiyanın başladığı ilk gündən ərazi humanitar məqsədlər üçün açıq saxlanılır, sərbəst hərəkətə heç bir maneə yoxdur. Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın və Lüksemburqun Avropa məsələləri və xarici işlər naziri Jan Asselborn ilə birgə mətbuat brifinqi zamanı səsləndirdiyi fikirlər həqiqətə uyğun deyil. Ermənistan tərəfi verdiyi bəyanat ilə bölgədə sülh və təhlükəsizliyin təmin edilməsində maraqlı olmadığını bir daha nümayiş etdirir. Azərbaycanın təbii sərvətlərinin talanır. Qanunsuz erməni silahlı qüvvələri rotasiya edilir, mina və sursatlar daşınır. Üçüncü ölkə vətəndaşları Azərbaycan ərazisinə qanunsuz keçir. Bütün bu qanunsuz halların qarşısını almaq məqsədilə Azərbaycan tərəfinin sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulması təklif edir.
Ermənistanın bunu güc tətbiqi kimi qiymətləndirilməsi bir daha göstərir ki, Ermənistan Laçın yolunda şəffaflığın təmin edilməsində maraqlı deyil. Əlbəttə ki, onların məqsədi aydındır. Lüksemburqun Avropa məsələləri və xarici işlər naziri Jan Asselborn isə bu qədər insan hüquq və azadlarını müdafiə edirsə, o zaman Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərdən danışsın. 2 gündən sonra 31-ci ildönümü tamam olan Xocalı genosidindən, hələ də tapılmayan, itkin və əsir düşən azərbaycanlıların taleyini Ermənistandan soruşsun!

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova Aztimes.az


Abunəlik