SON DƏQİQƏ! Sabirabadda Pambıq emalı zavodu YANIR -VİDEO

Baxılıb:474
SON DƏQİQƏ! Sabirabadda Pambıq emalı zavodu YANIR -VİDEO

AzTimes.az xəbər verir ki, bu dəqiqələrdə Sabirabad rayonunda yerləşən pambıq emalı zavodunda güclü yanğın baş verir. Bu barədə məlumatı yanğını müşahidə edən kənd sakinləri verib. Onların məlumatına görə əraziyə FHN əməkdaşları cəlb olunub. Yanğının qarşısı alınmağa çalışılır.

YENİLƏNİB

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzTimes.az-averilən məlumata görə, bu gün saat 18 radələrində Sabirabad Rayon Polis Şöbəsinə rayonun Axtaçı Muğan kəndində yerləşən pambıq qəbulu məntəqəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Hadisə yerinə dərhal RPŞ-nin və FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin əməkdaşları cəlb olunublar. Hazırda şöbə əməkdaşları tərəfindən hadisə yerinin mühafizəsi təmin olunur, təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçirilir.Yanğının söndürülməsi istiqamətində zəruri bütün tədbirlər görülür.


Abunəlik