Qəbələdə işıq problemi olan vətəndaşların şikayəti cavablandırıldı- VİDEO

Baxılıb:540
Qəbələdə işıq problemi olan vətəndaşların şikayəti cavablandırıldı- VİDEO

Qəbələ rayon Mirzəbəyli, Corulu, İmamlı kənd sakinləri elektrik enerjisi ilə bağlı problemlə üzləşmələri barədə AzTimes.az saytına etdikləri müraciət əsasında əraziyə yollandıq. Kəndlərdə olarkən həqiqətən də vəziyyətin ürək açan olmamasi ilə qarşılaşdıq. Belə ki, kəndləri təmin edən elektrik naqilləri və dirəkləri yararsız haldadır. Bu sakinlər üçün hər an təhlükə mənbəyi ola bilər. Yeni salınan məhəllələrdə sakinlərin kustar üsulla çəkdikləri naqillər ölüm saçır. Kəndlərdə yaşayış səviyyəsinin aşağı olması, işsizlik problemi sakinlərin elektrik “oğurlanması”-na səbəb olur . Bu isə tez-tez qurum əməkdaşları və sakinlər arasında narazılıq və insidentlərlə nəticələnir. Sakinlərin bir neçəsi onlara haqsız yerə cərimə yazılması haqqında iddialar irəli sürür. Qəbələ rayon Elektrik Şəbəkəsinin rəisi Elvin Bağırzadə bu şikayətlərin əsassız olduğunu, vətəndaşların həqiqətən də sayğaclara müdaxilə etdiyini bildirib. Bundan başqa rayon ərazisindəki elektirik xətlərinin və dirəklərinin yeniləri ilə əvəz olunduğunu bildirib. Rayon ərazisində olduğumuz zaman qurum əməkdaşlarının işlədiyi kəndlərdə yenidənqurma işlərinin qüsursuz və sürətlə aparıldığının şahidi olduq. Bum qəsəbəsində artıq işlər yekunlaşmaq üzrədir. Müasir standartlara uyğun yarımstansiyaların qurulması, təbiət hadisələri zamanı (güclü külək, yağış, qar) əhalinin elektrik enerjisi təchizatının dayanmayacağına ümidlər yaradır:


Abunəlik