Millət vəkili Şamaxı rayon icra hakimiyyətinin başçısı ilə birgə seçicilərlə növbəti dəfə görüşdü
AzTimes.az xəbər verir ki, millət vəkili Tamam Cəfərova və Şamaxı Rayon İcra Hakimiyyətinin Başçısı Tahir Məmmədov rayonun Kərkənc kəndi və Mədrəsə qəsəbəsində birlikdə növbəti səyyarqəbul keçiriblər.
Qəbulda təhsil, səhiyyə, mədəniyyət idarələrinin, xidmət təşkilatlarının rəhbər işçiləri iştirak ediblər.Sakinlərin müraciətləri əsasən içməli su problemi, kənd və qəsəbə yollarının yararsız vəziyyətdə olması, işsizlik və digər məsələləri əhatə edib.Qəbul zamanı kənd sakinlərinin arzu və təklifləri dinlənilərək onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
Həmçinin, qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti qurumlar qarşısında məsələ qaldırılacağı bildirilib.Vətəndaşlar yerlərdə kənd sakinlərinin müraciətlərinə baxılması üçün belə səyyar görüşlərin keçirilməsindən məmnunluqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılması, eləcə də, vətəndaşların problemlərinin həllini tapması millət vəkili Tamam Cəfərovanın fəaliyyətinin prioritet istiqamətlərindən birini təşkil edir.