Yerüstü Nəqliyyat Agentliyində vəzifə qohumbazlığı- İDDİA
AzTimes.az xəbər verir ki, bu barədə jurnalist Sima Babayeva şəxsi Facebook səhifəsində paylaşım edib:
Bir daha Yerüstü Nəqliyyat Agentliyi və onun rəhbəri Anar Rzayev barədə danışacayıq.Çünki bu adamın əməllərindən narazılıq davam edir.Şikayətçilər öz iddialarında israr edirlər.Anar Rzayev ixtisaslı kadrları çıxardaraq yerlərinə öz adamlarını götürərək dövlətin əmlakını,vəsaitini şəxsi malı kimi taladığını deyirlər.Anar Rzayevin nəqliyyat sahəsinə yad biri olduğu,onun buraya biznes sferasından gəldiyi bildirilir.Agentliyin direktorunun sərgüzəştlərindən çox yazmışıq.Məlum olub ki,başının üstündə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəhman Hümmətov kimi hamisi də var.Hələ bir az da dərinə baş vuranda Anar Rzayevin fonunda Ramiz Mehdiyev-Vasif Talıbov cütlüyünün simalarını görürük.Ötən yazılarda bu məsələyə geniş yer ayrılmışdı.Anar Rzayevin “Sədərək” yarmarkası ilə əlaqələrini bildirmişdik.Bu ticarət obyektini onun həyat yoldaşının Sədərək Yusif kimi tanınan dayısı işlədir.Anarın qaynatası Qəhrəman isə yarmarkada pulyığandı.Agentlikdə isə Zaur və Sərxan. adlı qohumları vasitəsilə sahibkarların başına min bir oyun açır.Hər icazə vərəqəsinə görə dövlət rüsumundan başqa öz haqqını da alır.Tabe olmayanlar sıxışdırılır.Təzyiqə dözməyənlər də olur. 2022-ci il fevralın 17-də “R-Group Azerbaijan” beynəlxalq yükdaşıma şirkətinin işçilərinin bir neçə TIR avtomaşınla paytaxtın Heydər Əliyev prospektində yolu kəsərək hərəkəti dayandırmaqla etiraz aksiyası keçirdiklərini xatırlayın.Etirazçıların əsas hədəfi Anar Rzayev,onun rüşvət tələbi bu aksiyanın motivini təşkil edirdi.Daha sonra Anar Rzayevin Xırdalandakı qarajlarından,TIRlarından,”Vanderval” şirkəti ilə icarə haqq-hesablarından yazmışdıq.Bu adam 45 ədəd maşınına sarı nömrələr alaraq xarici maşın kimi qeyd etdirib.Məqsəd vergidən yayınmaqdı.Bu varidatına onun qum karxanalarını,restoranlarını,çox sayda mənzilini də əlavə etmək olar.Tox Anar o qədər harınlayıb ki 35 nəfər sadə işçi ilə əsl burjua kimi rəftar edir.35 nəfəri heç bir səbəb olmadan küçəyə atıb,ac-susuz qoyub.Çünki pulyığanlarını yerləşdirmək üçün,öz yerliləri,qohumları,yaxınları üçün boş ştatlar lazım idi.35 insanın hər biri ailə başçısıdır,hər birinin himayəsində neçə adam var.Bunun uşağı,yaşlısı,xəstəsi var.İndiki zamanda insanı pulsuz,işsiz qoymaq nə deməkdir?Bu insanların günahı nə olub? Rəqəmsal İnkişaf və Nəqliyyat naziri cənab Rəşad Nəbiyevə müraciət edirik. Ali təhsilli, savadli, təcrübəli,ixtiaasli, dövlətini, millətini sevən yüksək intelektə malik işçilər Dövlət Avtomobil Nəqliyyat xidmətində və onun tabelində olan qurumlarinda fəaliyyət göstərirdilər.Bu cür işcilərin kütləvi şəkildə işdən cixarilmasi nə dərəcədə qanuna uygundur? Bu nə siyasetdir? kim tərəfindən ğösteriş verilir bilmirəm.Amma onu dəqiq bilirəm ki, Anar Rzayev, Rəhman Hümbətov işciləri kütləvi şəkildə sizə və dövləcciyimizə qarşi qaldirmaqdir. Sabiq işçilər öz işlərinə bərpa edilmək üçün sizin ədalətli qərarınıza çox ümid edirlər.Onlar nazirlikdə baş alıb gedən haqsızlıqda günahı müavininiz Rəhman Hümmətov və bəhs olunan agentliyin direktoru Anar Rzayevdə görürlər.Dəfələrlə sizə müraciət ediblər,dəfələrlə məqalələr yazılıb,sosial şəbəkələrdə bu problem işıqlandırılıb.Lakin məsələ araşdırılmır.Xahiş edirik ki,nəhayət məsələyə özünüz müdaxilə edərək ciddi ölçü götürəsiniz.