Millət vəkili Hicran xanım Hüseynova Sumqayıtda vətəndaş qəbulu keçirib

Baxılıb:221
Millət vəkili Hicran xanım Hüseynova Sumqayıtda vətəndaş qəbulu keçirib

AzTimes.az xəbər verir ki fevralın 15-də 41 saylı Sumqayıt birinci seçki dairəsinin deputatı, Milli Məclisin komitə sədri Hicran xanım Hüseynova Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibati binasında seçicilərlə növbəti dəfə vətəndaş qəbul keçirib, onların müraciətlərini dinləyib.

Milli Məclisin deputatı Hicran Hüseynova vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib, müharibə əlillərinin, veteranların, hərbi qulluqçuların problemləri ilə maraqlanıb.
Vətəndaşlar əsasən ailə-məişət, işlə təminat, əmək təqaüdləri, sosial məsələlərlə bağlı müraciət ediblər.
Qeyd edək ki, görüşdə seçici müraciətlərində əksini tapan bəzi məsələlər yerində həll edilib. Digər bir qism müraciətlərin araşdırılması üçün aidiyyatı orqanlara sorğular göndərilib.


Abunəlik