Qadınlara qeyri-etik təkliflər edən sürücü ifşa olundu

Baxılıb:209
Qadınlara qeyri-etik təkliflər edən sürücü ifşa olundu

Qadın sərnişinlərə qeyri-etik təkliflər edən taksi sürücüləri məsuliyyətə cəlb edilib

Paytaxtda polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində müxtəlif taksi şirkətlərinin sürücüləri tərəfindən 9 hüquqpozma faktı aşkar olunub.

DİN-in mətbuat xidmətindən AzTimes.az-a verilən məlumata görə, onlardan 1-i dələduzluq cinayəti, 8 fakt isə qadın sərnişinlərə qarşı qeyri-etik təkliflərlə bağlı olub.

Texniki vasitələrlə aşkarlanan hüquqpozma halları ilə bağlı 8 sürücü inzibati məsuliyyətə, 1 sürücü isə cinayət məsuliyyətinə cəlb edilib.

Bu istiqamətdə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir, daxil olan bütün müraciətlərə çevik reaksiya verilir.


Abunəlik