Cəlilabad sakini Nəsimi RPİ-nin fəaliyyəti ilə bağlı Vilayət Eyvazova MÜRACİƏT ETDİ

Baxılıb:476
Cəlilabad sakini Nəsimi RPİ-nin fəaliyyəti ilə bağlı Vilayət Eyvazova MÜRACİƏT ETDİ

AzTimes.az xəbər verir ki, Cəlilabad rayonunda anadan olmuş, Cəlilabad rayonu, Xəlilabad kəndində yaşayan İlqar Rəhimov Nəsimi Rayonu Polis İdarəsinin fəaliyyəti ilə bağlı general – polkovnik Vilayət Eyvazova müraciət edib.

Hörmətli cənab nazir! 2022-ci ilin avqust ayında Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospektində Yeni Həyat bina tikinti şirkətində usta işlədiyimə görə 1015 manat əmək haqqımı binanın səlahiyyətli şəxsləri ödənilməyərək müxtəlif bəhanələrlə məni aldadırdılar. Bununla əlaqədar olaraq Nəsimi RPİ-nin rəhbərliyi tərəfindən qəbul edildikdən sonra məsələ öz müsbət həllini tapmışdır və mənə çatacaq əmək haqqı olan 1015 manat pul vəsaiti tam olaraq ödənilmişdir. Cənab nazir şəxsən sizə və polis əməkdaşlarına öz dərin minnətdarlığımı bildirirəm.

AzTimes.az


Abunəlik