48 saat ərzində iki polis intihar etdi – Fransada

Baxılıb:48
48 saat ərzində iki polis intihar etdi – Fransada

Fransa Daxili Təhlükəsizlik Baş İdarəsinin iki polisi intihar edib.

Onlardan biri Levallua-Perretdə (Hauts-de-Seine) iş yerində intihar edib. Rəsmi mənbələrə görə, onun cəsədi müəssisənin parkinqində aşkar edilib. Həmin şəxsin xidməti silahından istifadə etdiyi ehtimal olunur.

Prokurorluq bu faciə ilə bağlı dəqiq məlumatları müəyyən etmək üçün ölümün səbəblərinə dair araşdırmanı Daxili Təhlükəsizlik Baş Müfəttişliyinə həvalə edib.

İki gün əvvəl də başqa bir polis əməkdaşının cəsədi Bulony-Bilankurdakı mənzilində aşkar edilib. Həmin əməkdaşın da odlu silahdan istifadə etdiyi bildirilir. İntihar kimi görünən bu ölüm halları oxşar olduğu üçün hər iki hadisə ilə bağlı araşdırmanı Daxili Təhlükəsizlik Baş Müfəttişliyi aparacaq.


Abunəlik