Polis Akademiyasının təşkilatçılığı ilə Zaqatala və Balakəndə məktəblilərlə görüş keçirildi

Baxılıb:135
Polis Akademiyasının təşkilatçılığı ilə Zaqatala və Balakəndə məktəblilərlə görüş keçirildi


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan AzTimes.az -a verilən məlumata görə, Polis Akademiyasının təşkilatçılığı ilə Zaqatala və Balakən rayonlarında yerləşən tam orta məktəblərdə yuxarı sinif şagirdləri ilə görüşlər keçirilib. Ümumilikdə 30-dan artıq təhsil müəssisəsində keçirilən tədbirlərdə əsas məqsəd yeniyetmə və gənclərimizin təhsilə təşviq edilməsi, sağlam həyat tərzinin təbliği, eləcə də onlarda vətənpərvərlik hissinin daha da yüksəldilməsi olub.
Məktəblilərlə görüşdə çıxış edən akademiyanın əməkdaşları zərərli vərdişlərin fəsadları ilə bağlı onlarla maarifləndirici söhbətlər aparıb, eləcə də hüquqşünaslıq ixtisasına yiyələnmək istəyən və daxili işlər orqanlarında xidmət etmək həvəsində olan abituriyentlərə Polis Akademiyası barədə ətraflı məlumat veriblər. Kursant qəbulu qaydaları ilə bağlı məktəblilərin suallarını cavablandırıb, orada gənclərimizin hərtərəfli inkişafı üçün yaradılan müasir şəraitdən danışıblar.
Sonda Polis Akademiyasındakı tədris prosesinə, kursantların hazırlığına həsr edilmiş videoçarx nümayiş olunub.


Abunəlik