DİN-dən ölkə rəhbərliyi haqda nalayiq ifadələr işlədən şəxs barədə AÇIQLAMA
Son günlər Şirvan rayon sakini Adışirin Qurbanovun ölkə və rayon rəhbərliyinin ünvanına nalayiq ifadələri əks etdirən görüntülərin yayılması ajiotaj yaradıb. Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov AzTimes.az-ın sorğusuna cavab olaraq bildirib:
Bildirmək istəyirəm ki, paylaşılan görüntülər bir neçə il əvvəl qeydə alınıb. Həmin şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib və barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.