Hicran Hüseynova: Qəhrəmanlar unudulmur!

Baxılıb:301
Hicran Hüseynova: Qəhrəmanlar unudulmur!

Bu gün Azərbaycanın Milli Qəhrəmanı İbrahimov Mübariz Ağakərim oğlunun anadan olmasının 35 illiyidir.
Mübariz İbrahimov Vətənimizin qeyrətli, mətin oğullarından biri idi. Azərbaycanın ərazi bütövlüyü uğrunda odlardan, alovlardan keçərək, igidliyi ilə şanlı hərb tariximizə silinməz səhifələr yazdı. Vətənimizin mənafeyini hər şeydən üstün tutan müdafiəçilərimizin keçdiyi döyüş yolu hamımız üçün örnəkdir. Xalqımız haqlı olaraq daima Mübariz kimi övladları ilə öyünür, əbədi olaraq qəlblərində yaşadırlar.
Bu gün qəhrəman Vətən övladlarının dönməz, şərəfli mübarizə yolunda göstərdiyi misilsiz şücaəti, qanı, canı bahasına bayrağımız yüzlərlə müstəqil dövlətin bayraqları ilə bir sırada dalğalanır, bu həmin oğullarımızın sayəsindədir.


Onlar hətta yüksək dözüm, hərbi güc, birlik, əzm və qeyrət, eləcə də böyük fədakarlıq nümunəsi göstərərək, ordumuzun yenilməz qüdrətini dünya miqyasında nümayiş etdirməyə nail olurlar. Odur ki, bu gün yağılardan geri aldığımız ərazilərimizdə – Qubadlıda, Cəbrayılda, Zəngilanda, Füzulidə, Şuşada, Ağdamda, Kəlbəcərdə, Laçında… Azərbaycan bayrağı dalğalanır və əbədi dalğalanacaq!

Allah bütün Şəhidlərimizə rəhmət eləsin, Vətən sağ olsun!

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov, qəlbimizdəsən!
Qəhrəmanlar unudulmur! Şəhidlər ölməz! Ruhu şad olsun !

Millət vəkili Hicran Hüseynova/AzTimes.az/


Abunəlik