Hicran Hüseynova Qardaş Türkiyə xalqına başsağlığı verdi

Baxılıb:297
Hicran Hüseynova Qardaş Türkiyə xalqına  başsağlığı verdi

Başın sağ olsun, Türkiyə!

Bu ağır günlərdə Türk qardaş və bacılarımızın yanındayıq!

“Bir millət, iki dövlət” şüarı Azərbaycan-Türkiyə qardaşlığının ədəbi təsviridir.
Azərbaycanla Türkiyənin sevinci də, kədəri də eynidir. Bizlər toyda-bayramda, hər hansı uğurlar əldə edəndə sevindiyimiz kimi, hansısa itkilər baş verəndə də bir-birimizin kədərinə şərik oluruq. Qardaş Türkiyənin Diyarbakır vilayətindən Bodruma gedən yolda sərnişin avtobusunun qəzası və bu gün səhər saatlarında 7.4 bal gücündə güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladıq. Bu acı xəbər Türkiyə qədər Azərbaycanı da kədərə qərq edib.
Baş verən qəzada həlak olanların acısı təkcə Türkiyənin deyil, həm də bizim ortaq acımızdır. Biz bunu öz kədərimiz kimi yaşayırıq. Və bu ağır günlərdə Türk qardaş və bacılarımızın yanındayıq!!!
Allah faciə zamanı həyatını itirən şəxslərə rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk! Yaralananların tezliklə şəfa tapmasını və dağıntılar altında qalmış insanların xilas olmasını arzulayırıq! Başın sağ olsun, Türkiyə!
Azərbaycan Türkiyənin hər zaman yanındadır.

Hicran Hüseynova
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor.

AzTimes.az


Abunəlik