Beyləqan polisi şagirdlərlə görüşdü -FOTO

Baxılıb:158
Beyləqan polisi şagirdlərlə görüşdü -FOTO

AzTimes.az xəbər verir ki,Beyləqan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Tatalılar kənd tam orta məktəbində narkomaniyanın fəsadlarından bəhs edən maarfiləndirmə tədbiri keçirilib.

Tədbirdə çıxış edən RPŞ-nin rəis müavini Mahir Məhərrəmov və digərləri narkomaniya və onun fəsadları ilə bağlı şagirdlərə geniş məlumatlar veriblər. “Ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı problemləri diqqətə çatdırıblar. Şagirdlərə dərslərinə ciddi yanaşmaları, cəmiyyətimiz üçün faydalı işlər görməkləri tövsiyə olunub.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Abunəlik