Hicran Hüseynova Sumqayıtda seçicilərlə növbəti dəfə vətəndaş qəbul keçirdi

Baxılıb:357
Hicran  Hüseynova Sumqayıtda seçicilərlə növbəti dəfə vətəndaş qəbul keçirdi

AzTimes.az xəbər verir ki, yanvarın 23-də 41 saylı Sumqayıt birinci seçki dairəsinin deputatı, Milli Məclisin komitə sədri Hicran xanım Hüseynova Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibati binasında seçicilərlə növbəti dəfə vətəndaş qəbul keçirib, onların müraciətlərini dinləyib.

İlk olaraq Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova ilə Milli Məclisin komitə sədri Hicran Hüseynova cəmiyyətin missiyaları- humanitar dəyərlərin yayımı, fövqəladə hallara hazırlıq, sağlamlıq, miqrasiya, gənclər, könüllülər və başqa istiqamətlər üzrə fəaliyyətləri ilə əlaqədar həmçinin qarşılıqlı əməkdaşlığın aparılması, tərəfdaşlıq əlaqələrinin perspektivləri barədə fikir mübadiləsi apardı.

Sonra Millət vəkili Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, Ekspert Emil Maqalovla görüşərək, Narkomaniya haqqda ümumi məlumat almış və həll yollarını müzakirə etmişdir. Ekspert narkomaniyanın qismən həlli üçün hazırda Səhiyyə Nazirliyi və Global Fondun maliyyələşdirdiyi Zərərin Azaldılması layihəsinə təkan verilməsini xahiş etdi. Hicran xanım da öz növbəsində bu məsələdə həmişə dəstək olacağına söz verdi.

Görüşdə vətəndaşların ödənişsiz hüquqi yardım almasını təmin etmək məqsədi ilə Vəkillər Kollegiyası Sumqayıt Regional Vəkil Bürosunun vəkili və “Sumqayıt Sukanal” İdarəsinin hüquq məsləhtçisi Cəfərova Günay iştirak etmiş və vətəndaşların mülki, əmək, sosial təminat və s. sahələri üzrə müraciətlərinə baxılmış, şifahi və yazılı hüquqi məsləhətlər verilmişdir.

Daha sonra Milli Məclisin deputatı Hicran Hüseynova vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib, müharibə əlillərinin, veteranların, hərbi qulluqçuların problemləri ilə maraqlanıb. Vətən müharibəsi qazilərinin müraciəti aidiyyatı üzrə öz həllini tapıb. Qazilər onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildiriblər. Vətəndaşlar əsasən ailə-məişət, işlə təminat, əmək təqaüdləri, sosial məsələlərlə bağlı müraciət ediblər.
Qeyd edək ki, görüşdə seçici müraciətlərində əksini tapan bəzi məsələlər yerində həll edilib. Digər bir qism müraciətlərin araşdırılması üçün aidiyyatı orqanlara sorğular göndərilib.


Abunəlik