Polislər bayram ərəfəsində körpələri ziyarət etdilər

Baxılıb:156
Polislər bayram ərəfəsində körpələri ziyarət etdilər


AzTimes.az xəbər verir ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə şəhər ərazisində yerləşən “Mərhəmət evi” uşaq sığınacağını ziyarət ediblər.


Öz qonaqlarını gülərüzlə qarşılayan körpələr şöbə əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə şeirlər səsləndiriblər, nəğmələr oxuyublar. Polislər balaca fidanları qarşıdan gələn bayram münasibətilə təbrik edib, onlara hədiyyələr təqdim ediblər. Görüşdə uşaqlarında könüldən əyləndiyi bu tədbirdə xatirə şəkilləri çəkdirilib.


Görüşün sonunda sığınacağın rəhbərliyi körpələrə göstərilən diqqət və qayğıya görə Azərbaycan Polisinə öz minnətdarlığını bildirib.


Abunəlik