Hicran Hüseynova şəhid ailələrinin və qazilərin uşaqlarına həsr edilən Yeni il bayram şənliyində iştirak etdi

Baxılıb:133
Hicran Hüseynova şəhid ailələrinin və qazilərin uşaqlarına həsr edilən Yeni il bayram şənliyində iştirak etdi

AzTimes.az xəbər verir ki,dekabrın 22-də Azərbaycan Respublikasının Milli Məclisinin deputatı və Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran xanım Hüseynova Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin təşkilatçılığı ilə keçirilən Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni il münasibətilə Şəhid ailələrinin və qazilərin uşaqlarına həsr edilən bayram şənliyində iştirak edib.
Tədbirdə millət vəkili xanım Hicran Hüseyova çıxış edərək Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğının daimi olduğunu vurğulayıb. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar tədbir iştirakçılarını təbrik edib və bayram şənliyinin təşkilində əməyi keçənlərə təşəkkürünü bildirib. Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən, dövlət qurumları bu qəbildən olan insanların problemləri ilə yaxından maraqlanır, onların həlli istiqamətində tədbirlərin həyata keçirildiyini xüsusi qeyd edib.


Şəhid və qazi övladlarına həsr edilən belə bir mərasimin keçirilməsi, göstərilən qayğı xüsusi olaraq təqdirəlayiqdir.
Hicran Hüseynova: “Dəvətə görə QAC Sumqayıt şəhər bölmə sədri Mətanət Məhərrəmovaya minnətdarlığımı bildirirəm”.


Abunəlik