Genaral Ramiz Zeynalovun poçtuna: Siz ailənizlə, uşaqlarınızla belə vəziyyətə salınsaydınız nə edərdiniz?

Baxılıb:463
Genaral Ramiz Zeynalovun poçtuna: Siz ailənizlə, uşaqlarınızla belə vəziyyətə salınsaydınız nə edərdiniz?

İndiyə qədər Azərbaycan Daxili İşlər Nazirliyinin mediada və sosial şəbəkələ gedən şikayətlərə, ictimailəşən mövzulara operativ reaksiya verdiyinin şahidi olmuşam. Ancaq həmin qurumun daxilində az qala aftanom şəkildə fəaliyyət göstərən DYP sistemində baş alıb gedən səhlənkarlıq məni bu mövzunu ictimailəşdirməyə vadar etdi.

Deməli, 30 noyabr, saat 16.50 radələrində içərisində ailə üzvlərim: həyat yoldaşım və iki az yaşlı uşağımın olduğu 90VM585 dövlət nişanlı şəxsi avtomobilimlə Bakı-Quba yolu ilə üzü şəhərə doğru hərəkət edərkən , çox təhlükəli hadisə ilə rastlaşdıq.

Şəkildə gördüyünüz 90UD998 markalı bu avtomobil, uzun bir məsafə boyu məni hərəkət istiqamətini sol tərəfinə sıxaraq, maşınımın beton “bardura” çırpılmasına çalışırdı. Əvvəl bunu sadə bir “avtoşluq” əməli kimi zənn etdim. Amma sükan arxasındakı adamım bu hərəkəti davamlı etməsi, məni bu fikirimdən yayındırdı. Çox gərgin anlar yaşandığı üçün , uşaqlar bərk qorxdular, qışqırıb ağlayırdılar.

Hətta həmin gündən sonra onlar mənim maşınıma minməkdən qorxurlar, bərk psixoloji sarsıntı keçiriblər. Ekologiya postunu keçəndən sonra, düz Avtovağzalın tuşuna kimi bu adam məni təqib etdi. Adamın xarici görünüşünü də görə bildim. İdmançı görkəmli, üzü saqqalı idi. Dərhal 102 xidmətinə zəng edib, hadisəni olduğu kimi danışdım və həmin avtomobilin nömrəsini təqdim etdim.

Mənimlə özünü “Ekologiya postu”nun əməkdaşı kimi tıqdim edən DYP əməkdaşı əlaqə saxladı. Hadisəni ona da danışdım. Sonra Abşeron polisindən əlaqə saxladılar. Təzədən ona da başıma gələni nəql etdim. Mən avtomobildə tək olsaydım həmin adamı sona qədər təqib edib, saxlatdırıb məsələni aydınlaşdırarmağa çalışardım. Maşında təşviş içində olan azyaşlı uşaqlar olduğu üçün, dərhal polisə müraciət etdim. Həm də inandım. Bir neçə gün gözlədim, heç bir səs çıxmadı. Yenidən 102-ni yığıb, şikayətimi bildirdim.

Bundan sonra mənimlə Bakı Şəhər Baş Dövlət Yol Polisinin əməkdaşları əlaqə saxlamağa başladı. Sanki məndən “müsahibə” alırlar kimi, ancaq suallar veriib, cavab almaqla işlərini bitmiş saydılar. Vəssəlam! Düz 22 gündür ki, həmin avtomobili saxlayıb, kimliyini müəyyənləşdirib, tədbir görmürlər. Videogörüntülərə baxıb, araşdırmırlar ki, bu adam niyə ailə üzvlərimlə birlikdə məni öldürməyə çalışırdı? Məcbur qalıb özüm şəxsi kanallarımla həmin maşının kimə məxsus olduğunu araşdırdım.

Bu maşın Xırdalan şəhərində daimi qeydiyyatda olan Rüstəmov Elşən Eyyub oğlunun adındadı. Maşını etibarnamə ilə Sumqayır şəhəri, Koteç qəsəbəsində daimi qeydiyyatda olan Heydərov İldırım Heydər oğlu idarə edir. Etibarnamənin vaxtı isə 11.02.2021-ci ildə bitib.

Çox maraqlıdır, hörmətli DYP rəisi, general Ramiz Zeynalov öz ailəsi ilə birlikdə belə situasiya ilə rastlaşsaydı və bununla bağlı 22 gün ərzində heç bir tədbir görülməsəydi hansı hissləri keçirərdi?

Məhəmmədəli Qəribli AzTimes.az


Abunəlik