Erkən nikahların qarşısını almaq üçün nəzarət gücləndirilməlidir- Hicran Hüseynova

Baxılıb:224
Erkən nikahların qarşısını almaq üçün nəzarət gücləndirilməlidir- Hicran Hüseynova

“Təəssüf ki, bu gün Azərbaycanda hələ də erkən nikah halları var. Bu məsələyə nəzarət funksiyaları gücləndirilməlidir”.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentin dekabrın 20-də keçirilən plenar iclasında Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatının müzakirəsində deyib.

O vurğulayıb ki, ölkədə həmçinin, ailələrdə körpələrlə bağlı cinsi ayrı-seçkilik mövcuddur: “Bu və digər gender əsaslı hallar məişət zorakılığı cinayətinə səbəb olur. Bununda ağır fəsadlarını görürük”.

AzTimes.az


Abunəlik