H. Hüseynova YAP Sumqayıt şəhər təşkilatının inzibatı binasında seçicilərlə növbəti dəfə vətəndaş qəbulu keçirdi

Baxılıb:196
H. Hüseynova YAP Sumqayıt şəhər təşkilatının inzibatı binasında seçicilərlə növbəti dəfə vətəndaş qəbulu keçirdi

AzTimes.az xəbər verir ki, dekabrın 7-də 41 saylı Sumqayıt birinci seçki dairəsinin deputatı, Milli Məclisin komitə sədri Hicran xanım Hüseynova Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibatı binasında seçicilərlə növbəti dəfə vətəndaş qəbul keçirib, onların müraciətlərini dinləyib.

Deputat vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib, şəhid ailələrinin, müharibə əlillərinin, veteranların, hərbi qulluqçuların problemləri ilə maraqlanıb. Vətən müharibəsi qazilərinin müraciəti yerindəcə öz həllini tapıb. Qazilər onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirdilər. Vətəndaşlar əsasən işlə təminat, əmək təqaüdləri, sosial məsələlərlə bağlı müraciət ediblər.

Qaldırılan məsələlərin bir hissəsi yerindəcə həllini tapıb, digər müraciətlər isə nəzarətə götürülərək həll edilməsi üçün aidiyyatı qurumlara göndərilib.


Abunəlik