Hicran Hüseynova “Üfüqdə yeni fürsətlər: Sahibkar qadınlara  yaşıl işıq”V Forumda iştirak edib

Baxılıb:275
Hicran Hüseynova  “Üfüqdə yeni fürsətlər: Sahibkar qadınlara  yaşıl işıq”V Forumda iştirak edib

AzTimes.az xəbər verir ki, noyabrın 23-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran xanım Hüseynova “Üfüqdə yeni fürsətlər: Sahibkar qadınlara  yaşıl işıq”V Forumda iştirak edib.
Komitə sədri çıxışında qeyd edib ki, sahibkarlığın, xüsusilə də, kiçik və orta sahibkarlığın inkişafı həmin ölkənin iqtisadi nüfuzundan xəbər verir. Hazırda cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərtərəfli inkişafında yeni bir mərhələ başlanır. Dövlət başçısı tərəfindən imzalanan dövlət proqramlarının, fərman və sərəncamların icrası ölkədə gedən iqtisadi inkişafı daha da sürətləndirir. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın xüsusi təşəbbüsü ilə həyata keçirilən sosial layihələr də qadın sahibkarlığının, xüsusilə həssas qrupdan olan qadınlar arasında sahibkarlığın inkişafına müsbət təsir göstərir. Bu isə  sosial-iqtisadi inkişafın, o cümlədən, qadınlar arasında məşğulluğun artması,  yeni iş yerlərinin açılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu Forumda çoxlu sahibkar qadınlar iştirak edir. Sevinirik ki, onların istehsal etdikləri  məhsullar  artıq brendə çevrilir. Bu sahədə qadınların təşkilatlanması da çox vacibdir. Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası,  Azərbaycan Kənd Qadınları Assosiasiyası və digər belə təşkilatların fəaliyyəti qadın sahibkarlar üçün yeni imkanlar açır. Ölkəmizdə qadınların əmək hüquqları və sahibkarlıq fəaliyyəti ilə bağlı güclü qanunvericilik bazası mövcuddur. Lakin müasir dövrün çağırışları, ölkənin qarşısında dayanan vəzifələr bu sahə də dəyişiklikləri zəruri edir.  Davamlı olaraq, qanunlar təkmilləşdirilir. Biz dünən Yeni Azərbaycan Partiyasının 30 illik yubileyini qeyd etdik. Xüsusilə vurğulamaq istərdim ki, partiyanın fəaliyyət istiqamətlərindən biri də qadın iştirakçılığı və gender bərabərliyi məsələləridir.  Və Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsi partiya ilə birgə qadın sahibkarlığının inkişafı, qadın iştirakçılığı və digər mövzularda layihələr həyata keçirir.  Cənab Prezident İlham Əliyevin təsdiq etdiyi Böyük Qayıdış planın yerinə yetirilməsində qadınlarımız da aktiv iştirak edir. Qarabağ və Şərqi Zəngəzurun bərpası, burada biznes strukturlarının yaranması, əhalinin məşğulluğunun təmin olunması işlərində  sahibkar və fermer qadınlar da öz töhfəsini verir. Artıq KOBİA tərəfindən qadın sahibkarlar tərəfindən təklif olunan bir çox layihələr təsdiq olunmuşdur. Və bu proses davam edir. Və biz inanırıq ki, digər sahibkar qadınlar da öz biznes planlarını təqdim edəcəklər. Sahibkar qadınlar mentorluq fəaliyyəti ilə məşğul olur, bu sahədə yeni addımlar atan xanımlara dəstək verirlər.
Çıxışının sonunda Hicran Hüseynova Forumu təşkil edən Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosasiyasına və onun İdarə Heyətinin sədri Səkinə xanıma təşəkkürünü bildirib və bu tədbir qadın sahibkarlığının inkişafına  öz müsbət töhfəsini verəcəyini vurqulayaraq Forumun işinə uğurlar arzulayıb.


Abunəlik