“İdman Festivalı”ndan möhtəşəm görüntülər
AzTimes.az xəbər verir ki, 14-19 noyabr 2022-ci il tarixlərində Şəki şəhəri Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunmuş”İdman festivalı ” yekunlaşıb. Festivalda əsas məqsəd idmançıların bir-biri ilə tanışlıq və dostluq əlaqələrinin yaranmasının təşkili olub.Azərbaycan Velosiped Federasiyasının (AVF) idmançı və məşqçi heyətinin də iştirak etdiyi festivala 23 idman növü üzrə 149 idmançı və 35 məşqçi iştirak edib.
Müdafiə Sənayesi Naziri ,Milli Qəhrəman Mədət Quliyev , Gənclər və İdman Naziri Fərid Qayıbov festivalda iştirak edib.
İstirakçılarla tonqal ətrafında səmimi söhbətlər edilib. Festival müddətində iştirakçılarla hərbi vətənpərvərlik, intellektual oyunlar keçirilib,filmlər nümayiş edilib. Sonda iştirakçılar sertifikat və müxtəlif hədiyyələrlə təltif olunub.