Millət vəkili Sumqayıt Dövlət Universitetinin 60 illik yubiley tədbirində iştirak etdi

Baxılıb:317
Millət vəkili Sumqayıt Dövlət Universitetinin 60 illik yubiley tədbirində iştirak etdi

AzTimes.az xəbər verir ki, noyabrın 18-də Sumqayıt Dövlət Dram Teatrında Sumqayıt Dövlət Universitetinin 60 illik yubiley tədbirində Milli Məclisin Ailə,qadın və uşaq məsələləri komitəsinin sədri Hicran xanım Hüseynova Elm və Təhsil naziri cənab Emin Əmrullayev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov, Milli Məclisin deputatları, ali məktəb rektorları, ictimai-siyasi xadimlər və universitetin professor-müəllim heyəti ilə birlikdə iştirak etdi.
Komitə sədri Hicran Hüseynova:
“Bu gün qürur hissi ilə qeyd edə bilərik ki, Sumqayıt Dövlət Universiteti tanınmış alimlər, ictimai xadimlər, yaradıcı ziyalılar yetişdirmişdir. Respublikamızın yüksək ixtisaslı kadrlarla təmin edilməsində bu Universitet müstəsna rol oynayır.  Bu müəssisənin məzunu olan minlərlə mütəxəssis ölkənin müxtəlif dövlət strukturlarında, sosial, iqtisadi və mədəni həyatın ayrı- ayrı sahələrində uğurla fəaliyyət göstərir, xalqımıza şərəflə xidmət edirlər. Sumqayıt Dövlət Universiteti gündən- günə daha da inkişaf edir və dünyanın ali məktəbləri ilə geniş əməkdaşlıq əlaqələri qurur.


Bir daha Universitetinin rektoru, hörmətli professor Elxan Hüseynov başda olmaqla Sumqayıt  Dövlət Universitetinin bütün kollektivini əlamətdar yubiley  münasibəti ilə səmimi qəlbdən təbrik edir, uzun ömür, can sağlığı və dövlətçiliyimizin qorunub möhkəmləndirilməsi naminə həyata keçirdiyiniz işlərdə  uğurlar arzulayıram”.


Abunəlik