İtirən Azərbaycan yox, UNESCO-dur

Baxılıb:172
İtirən Azərbaycan yox, UNESCO-dur

Məlum olduğu kimi, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətinə xitam verib və bu barədə UNESCO-nun baş direktoru, Fransanın keçmiş mədəniyyət naziri olmuş Odri Azulaya məktub ünvanlayıb.

Əlbəttə ki, Azərbaycanla UNESCO-nun əmkədaşlığın, münasibətlərin daha da dərinləşməsində ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var. Mehriban xanım təkcə, Azəbaycanın maddi- mənəvi irsinin tanıdılması deyil, həm də dünya mədəni irsinin qorunması və bərpa olunması sahəsində mühüm töhfələr vermişdir. Ounun şəxsi təşəbbüsü və rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə müsəlman tarixi-dini abidələri, məscidləri ilə yanaşı xristian dini abidələrin, məbədlərin təmir edilmiş, bərpa olunmuşduir. Müxtəlif illərdə Heydər Əliyev Fondu tərəfindən Müqəddəs Marçellinio və Pietro katakombaları, Vatikanda yerləşən Müqəddəs Pyotr Kilsəsinin Bazilikasındakı “Roma Papası I Leon ilə Hun imperatoru Atillanın görüşü” barelyefi, Strasburq kafedral kilsəsinin XIV əsrə aid olan beş pəncərə şəbəkəsi, Fransanın Versal sarayında və parkında iki abidə bərpa olunmuşdur. Fond Luvr Muzeyində aparılan bərpa işlərinə, Strasburqun “Notre Dame” kilsəsinin təmir-bərpasına maliyyə vəsaiti ayırmış, İkinci Dünya müharibəsi illərində dağıdılmış və yandırılmış Berlin qəsrinin bərpası üçün ianə kampaniyasına maliyyə yardımı etmişdir. Və bunlar həyata keçirilən layihələrin bir qismidir.

YUNESKO ilə əlaqələrin inkişafına, təşkilatın dəyərlərinin təbliği istiqamətində səylərə, bir sıra ölkələrdə mədəni irsin qorunmasına dəstək göstərilməsinə baxmayaraq, YUNESKO Azərbaycanın çağırışlarına cavab verməmişdir. Ermənistanın işğal etdiyi ərazilərdə törətdiyi cinayətlər, vandalism haqqında davamlı olaraq YUNESKO-ya məlumat verilməsinə baxmayaraq, son 30 il ərzində bu təşkilat Azərbaycanın mədəni irsinə dəyən zərərin qiymətləndirilməsi üçün missiya göndərməmiş və faktiki olaraq, UNESCO bu illər ərzində İslam irsinin, Azərbaycan mədəniyyətinin yer üzündən silinməsini sakitcə izləmişdir.

Lakin biz nə gördük? Azərbaycan Vətən müharibəsində qələbə qazandıqdan sonra Ermənistanın yalançı, heç bir həqiqəti əks etdirməyən iddiaları və UNESCO-nun münasibətini. Bu ikili standartdır, bu riyakarlıqdır.

Cənab Prezident İlham Əliyev də dəfələrlə bu məsələyə öz münasibətini bildirmişdir:”Biz UNESCO ilə bundan sonra da əməkdaşlıq etməyə hazırıq. Ancaq bir şərtlə ki, UNESCO öz beynəlxalq statusunu saxlasın. UNESCO hər hansı bir ölkənin filialı deyil. Əgər bu yanaşma bizim münasibətlərimizdə üstünlük təşkil edərsə, əməkdaşlıq olacaq. Əgər yox, olmayacaqsa, bu əməkdaşlığa yenidən baxmaq olar. Hər halda bizim niyyətimiz təmizdir. İkili standartlardan, islamofobiyadan, ayrı-seçkilikdən azad olan münasibətlər olmalıdır”.
Bir daha qeyd etmək istərdim ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətini dayandırmasından daha çox bu təşkilat itirdi.

Hicran Hüseynova,
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor


Abunəlik