Millət vəkili YAP-ın otuzillik yubileyinə həsr olunmuş şahmat turnirinin final mərhələsində iştirak etdi

Baxılıb:162
Millət vəkili YAP-ın otuzillik yubileyinə həsr olunmuş şahmat turnirinin final mərhələsində iştirak etdi

AzTimes.az xəbər verir ki, noyabrın 12-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran xanım Hüseynova Yeni Azərbaycan Partiyasının (YAP) 30 illik yubileyinə həsr olunmuş şahmat turnirin final mərhələsidə iştirak edib.
Tədbirdə YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov hesabat məruzəsi təqdim edərək bildirib ki, oktyabrın 29-da start götürən turnirdə ümumilikdə 80-i kişi və 80-i qadın olmaqla, 160 nəfər gənc iştirak edib. Turnirin qrup mərhələsi üzrə görüşlər Bakı, Xaçmaz, İmişli, Ucar, Gəncə, Yevlax, İsmayıllı, Cəlilabad və Şirvanda, “pley-off” mərhələsi üzrə Ucar şəhərində keçirilib, final yarışları isə Bakı şəhərində təşkil olunub.
Bakı Gənclər Mərkəzində keçirilən final oyunlarında birinci yeri qadınlar üzrə Türkan Abdullayeva (Gəncə), kişilər üzrə isə Şahin Hacıyev (Göygöl) qazanıb. İkinci yerin qalibləri qadınlar üzrə Lalə Rzabəyli (Sumqayıt), kişilər üzrə Həzrət Orucov (Quba) olub. Xədicə Xəlilova (Zaqatala) və Rüfət Hümbətov (Saatlı) isə üçüncü yeri əldə ediblər.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev tərəfindən oyunları idarə edən hakimlərə xatirə hədiyyələri təqdim olunub.
Qalib olan iştirakçılara diplomlar, medallar və xatirə hədiyyələri təqdim edilib. Üçüncü yerin qaliblərini Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Aynur Sofiyeva, ikinci yerin qaliblərini YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə, birinci yerin qaliblərini isə YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov təltif edib.


Komitə sədri Hicran Hüseynova:
“Turnir iştirakçılarını təbrik edir, ölkəmizin gələcək tərəqqisi yolunda uğurlar, üçrəngli bayrağımızı Avropa və dünya arenalarında dalğalandırmağınızı arzulayıram”.


Abunəlik