Hicran Hüseynova şəhid Ramiz Cəfərovun ildönümü münasibəti ilə İkinci Şəhidlər xiyabanını ziyarət etdi
Noyabrın 11-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, şəhər ictimaiyyətinin nümayəndələri ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canından keçmiş Vətən Müharibəsi Qəhrəmanı, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı şəhid Ramiz Cəfərovun ildönümü münasibəti ilə İkinci Şəhidlər xiyabanını ziyarət ediblər.
Qeyd edək ki, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Cəfərov Ramiz 10.12.1974-cü il də dünyaya gəlmiş, İkinci Qarabağ müharibəsində 06.11.2020- ci ildə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. O, 2016-cı ildə tarixə Böyük zəfərin başlanğıcı, Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı cəbhənin Cəbrayıl rayonu istiqamətində ərazi bütövlüyünün bərpa olunması uğurunda savaşmışdır. Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı Ramiz Sübhan oğlu Cəfərov (10.12.1974, Kiyev, Ukrayna – 05.11.2020, Şuşa, Azərbaycan) 1981-1989-cu illərdə Sumqayıt şəhərinin 11 saylı tam orta məкtəbində, 1989-1992-ci illərdə isə C.Naxçıvanski adına Hərbi Liseydə oxuyub. 1992-1996-cı illərdə Ryazan Hava Desant Liseyində ali hərbi təhsil alıb. O, alman, ingilis və rus dillərini bilən peşəkar hərbçi idi.
Azərbaycan Ordusunun polkovnik-leytenantı olan R.Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl,Füzuli və Şuşa rayonu istiqamətində gedən döyüşlərdə xüsusi təyinatlıların tərkibində əməliyyatlarda iştirak edib.
Polkovnik-leytenant Ramiz Cəfərov “Şuşa qartalı” adı ilə tanınırdı. Noyabrın 6-da Şuşa ətrafında şəhid olub. Qəhrəmanlığı dillər əzbəridir.
Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Ramiz Cəfərov ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüş və “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azan olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif edilmişdir. Şəhidimizi böyük qürur və ehtiram hissi ilə yad edirik.
Komitə sədri Hicran Hüseynova şəhidimiz Ramiz Cəfərovun il mərasimində iştirak edərək dərin hüzünlə başsağlığı verib, ailənin qayğıları ilə maraqlanaraq hər zaman xüsusi diqqət və qayğı göstəriləcəyini bildirib. Şəhidlər bizim qurur yerimizdir, hər birimiz onların ailələri qarşısında mənəvi məsuliyyət daşıyırıq. Qazanılmış Zəfərdə misilsiz rolu olan şəhidlərimiz heç vaxt unudulmayacaq!Dövlət başçımızın və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrinə və qazilərimizə göstərdikləri diqqətdən danışılıb.
Daha sonra isə İgid oğullarımızın mərdlik və qorxmazlıqlarından, vətən üçün canlarından keçməyə daim hazır olduqlarını və bunu da bütün dünyaya göstərdiklərini, cənab Ali Baş Komandan İlham Əliyevin 44 gün ərzində göstərdiyi uğurlu siyasəti, məğrur duruşu və hərkəsin maraq dairəsinə səbəb olan çıxışlarından danışılaraq dövlətimizin və prezidentimizin hər zaman yanında olacaqlarını bildiriblər. Vətən, xalq yolunda canını fəda edən, həyatını qurban verən igid oğullarımızla fəxr edir, qürur duyuruq! Onlar öz vətənpərvərlik borclarını qətiyyətlə, böyük əzmlə yerinə yetirdilər. Şəhidlərimizin qanı ilə alınan torpaqlarda bu gün üçrəngli bayrağımız qürurla dalğalanır. Vətən uğrunda şəhidlik məqamına yüksələn şəhidlərimizin qəhrəmanlıqları, fədakarlıqları heç zaman unudulmayacaq. Onlar Azərbaycan xalqının əbədiyaşar ölməz qəhrəmanlarıdır…Deputat H.Hüseynova “Şəhidlərimizi hörmətlə yad edir, qazilərimizə Allahdan şəfa diləyirəm”
Ramiz Cəfərov kimi peşəkar hərbçilərimizlə hər zaman qürur duyacağıq!