Komitə sədri Hicran Hüseynovaya “Altın Kadın” mükafatı təqdim edildi
AzTimes.az xəbər verir ki, oyabrın 3-də Azərbaycanın Vətən müharibəsində qazandığı zəfərin ildönümü münasibətilə Bakıda “Altın Kadın” mükafatının təqdimat mərasimi keçirilib.
Tədbirdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovaya “Altın Kadın” mükafatı təqdim edildi.
Qeyd edək ki, “Altın Kadın” mükafatı TÜRKAP tərəfindən türk dünyasında istedadı, zəhmətsevərliyi, vətənpərvərliyi, nüfuzu ilə seçilən, digərləri üçün rol-model olmağı bacaran və ilhamverici həyat hekayələri olan qadınlara təqdim etmək üçün təsis edilib.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova:
“Bu gün Azərbaycan cəmiyyətində qadının hüquq və vəzifələrinin harmoniyası onun dünyada rolu, bəşəriyyətimizin inkişafında nə dərəcədə mühüm yer tutuğunu və müxtəlif istiqamətdə verdiyi töhfələrin əvəzsiz bir əhəmiyyətə malik olduğunu qeyd etdim. XXl əsrdə qadınların qarşısında duran məsələləri diqqətə çatdırdım.
Tədbirin təşkilatçılarına və zəhməti olan hər kəsə öz təşəkkürümü bildirirəm”