Hicran Hüseynova “Əcdadların izi ilə” adlı rəsm sərginin açılışında iştirak etdi

Baxılıb:330
Hicran Hüseynova “Əcdadların izi ilə” adlı rəsm sərginin açılışında iştirak etdi

AzTimes.az xəbər verir ki,oktyabrın 28-də Muzey Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Milli Məclisin deputatı, Əməkdar rəssam Ülviyyə Həmzəyevanın “Əcdadların izi ilə” adlı fərdi sərgisi açılıb.
Tədbirdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Səlhab Məmmədov, AMEA-nın prezidenti İsa Həbibbəyli, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev, Əməkdar incəsənət xadimi Rafiq Kərimov, tanınmış incəsənət nümayəndələri, rəssamlar və Milli Məclisin deputatları ilə birlikdə iştirak edib.


Qeyd edək ki, sərgidə müəllifin 80-dən çox rəsm əsəri nümayiş etdirilib.
Rəssamın yaradıcılığı dünya miqyasında da tanınır. Rəssam aktiv olaraq dünyada rəssamlıq və incəsənət sahəsində keçirilən önəmli sərgi, festival və simpoziumlara dəvət alıb və əsərləri bir çox tədbirlərdə dəyərləndirilərək ən yüksək mükafatlara layiq görülüb. Rəssam öz əsərləri ilə ABŞ, Portuqaliya, Çin, Türkiyə, Türkmənistan, Gürcüstan və digər ölkələrdə uğurlu layihələrə qatılıb və plenerlərdə öz yaradıcılığı ilə ölkəmizi təmsil edib.


Ülviyyə Həmzəyevanın qızı İlknurun milli musiqi alətimiz olan tarda ifası tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Sonra Ülviyyə Həmzəyeva sərgiyə toplaşanlara minnətdarlığını bildirib və qonaqları sərgiyə baxmağa dəvət edib.


Abunəlik