Hicran Hüseynova BMT gününə həsr olunmuş tədbirində iştirak etdi- FOTOLAR

Baxılıb:194
Hicran Hüseynova BMT gününə həsr olunmuş tədbirində iştirak etdi- FOTOLAR

AzTimes.az xəbər verir ki, oktyabrın 27-də Birləşmiş Millətlər Təşkilatı-Azərbaycan tərəfdaşlığının 30-cu ildönümünə həsr olunmuş BMT günü tədbirində Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova dövlət və BMT rəsmiləri, diplomatik korpusun və vətəndaş cəmiyyətinin nümayəndələri ilə birlikdə iştirak edib.
Qeyd edək ki, tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.
Sonra BMT-nin Azərbaycan nümayəndəliyi tərəfindən hazırlanmış “Heç kəsi arxada qoymadan” mahnısı nümayiş olunub.
Təbdirdə çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva tədbirin Azərbaycanla BMT arasında əməkdaşlığın otuzilliyinə təsadüf etdiyini bildirib.


Xarici işlər nazirinin müavini Elnur Məmmədov bildirib ki, bu il Azərbaycanla BMT arasında əməkdaşlığın 30-cu ildönümü qeyd olunur. Ölkəmizdə BMT ilə tərəfdaşlığın ildönümü münasibətilə bir sıra silsilə tədbirlər təşkil edilib. Qeyd edib ki, müstəqilliyinin bərpasından bir müddət sonra Azərbaycan BMT ailəsinə qoşulub.
Tədbir çərçivəsində Azərbaycan klassik musiqilərinin ifa olunduğu bədii proqram təqdim edilib. İştirakçılar BMT-Azərbaycan tərəfdaşlığının 30-cu ildönümünə həsr olunmuş fotosərgi ilə tanış olublar.


Abunəlik