Millət vəkili Dilarə Seyidzadə ilə keçirilən görüşdə iştirak etdi- FOTOLAR

Baxılıb:158
Millət vəkili Dilarə Seyidzadə ilə keçirilən görüşdə iştirak etdi-  FOTOLAR

AzTimes.az xəbər verir ki, oktyabrın 22-də Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) tarix elmləri doktoru, professor Dilarə Seyidzadə ilə keçirilən görüşdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova iştirak edib.

İlk öncə Tədbir iştirakçıları müasir müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra tədbirdə çıxış edən Komitə sədri Hicran Hüseynova professor Dilarə Seyidzadənin, ilk növbədə, istedadlı alim olduğunu, milli təfəkkürümüzün inkişafına mühüm töhfələr verdiyini vurğulayaraq deyib: “Dilarə xanım öz dəyərli əsərləri ilə tarixşünaslıq elmimizi zənginləşdirib. Eyni zamanda, pedaqoq kimi gənc nəslin təlim-tərbiyəsində bu gün də yaxından iştirak edir, geniş maarifçilik fəaliyyəti göstərir. Azərbaycan elminin və milli tarixinin inkişafında Dilarə xanımın özünəməxsus yeri var.
Dilarə xanım həm də uzun müddət Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında fəaliyyət göstərib. Heydər Əliyev kimi dahi şəxsiyyətlə işləmək heç də asan deyildi. O, çox diqqətli, ən xırda detalları nəzərə alan bir dövlət xadimi idi. Dilarə xanım Ulu Öndərin hər bir tapşırığını səhvsiz yerinə yetirirdi. Daha sonra isə Prezident İlham Əliyevin rəhbərliyi altında çalışıb. Elə bu peşəkarlığı və Azərbaycan dövlətçiliyinə sadiqliyinə görə nüfuz və ehtiram qazanıb”.


Abunəlik